I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17.06.2026 11:05 Elm və Təhsil

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) TodayPress TV-yə verilən məlumata görə, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.

Bununla yanaşı, 17 iyun saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə biləcəklər.

Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq.

Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Bütün Xəbərlər