Moskvanın Elbaşı planı: Putin Tokayevə təzyiqi artırır?

Moskvanın Elbaşı planı: Putin Tokayevə təzyiqi artırır?
30.12.2025 16:31 Təhlil

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü Astanada birmənalı qarşılanmayıb. Qazaxıstan mediasının məlumatına görə, bir sıra deputatlar Nazarbayevin xarici səfərlərinə qadağa qoyulmasını tələb ediblər.


Parlamentin deputatı Yermurat Bapi bildirib ki, milli təhlükəsizliyin qorunması məqsədilə dövlət sirlərinə malik keçmiş yüksək vəzifəli şəxslərin xaricə səyahətinin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Onun sözlərinə görə, bu məsələ ictimai və siyasi müzakirə predmetinə çevrilməlidir.

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Qazaxıstanın son illərdə yürütdüyü xarici siyasət kursunu TodayPress TV-yə şərh edərkən bildirib ki, 2022-ci ilin yanvar hadisələrindən sonra rəsmi Astananın Moskvanın təsir dairəsində daha sərt şəkildə möhkəmlənəcəyi gözlənilsə də, proseslər tamamilə fərqli istiqamətdə inkişaf edib:


“2021-ci ilin 28 dekabrında MDB-nin qeyri-rəsmi görüşü çərçivəsində Nazarbayev və Putin arasında görüş baş tutmuşdu. Cəmi bir neçə həftə sonra, 2022-ci ilin yanvarında Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevə qarşı etirazlar, dövlət çevrilişi cəhdi, KTMT ordularının ölkəyə daxil olması və hakimiyyətin Rusiyanın hərbi-siyasi dəstəyi ilə qorunduğuna dair açıq mesajlar verildi. Bu fonda Qazaxıstanın Rusiya meyilli siyasətinin güclənəcəyi proqnozlaşdırılırdı. Lakin ötən dövr göstərdi ki, rəsmi Astana bu gözləntiləri doğrultmadı”.

Ekspert qeyd edib ki, xüsusilə 2025-ci il ərzində Qazaxıstanın Qərblə əlaqələri yeni mərhələyə keçib və bu proses sistemli xarakter alıb:

“C5+1 formatında təmaslar dərinləşdirildi, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın aparıcı dövlətləri kimi Avropa İttifaqı (Aİ) və ABŞ ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoydular. Aprel ayında ilk dəfə Avropa İttifaqı-Mərkəzi Asiya Sammiti keçirildi, Aİ–Qazaxıstan arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalandı, ticarət dövriyyəsi rekord səviyyəyə - 50 milyard dollara yüksəldi. Trans-Xəzər enerji və nəqliyyat layihələri yenidən regional və qlobal gündəmə daxil edildi”.

Şəhla Cəlilzadənin sözlərinə görə, Qazaxıstanın beynəlxalq mövqeyinin güclənməsi Moskvanın diqqətindən yayınmayıb:

“Bu dövrdə Qazaxıstanla ABŞ arasında onlarla milyard dollarlıq investisiya razılaşmaları əldə olundu, Qazaxıstan və Özbəkistan liderləri G-20 sammitinə dəvət edildi. Eyni zamanda Rusiya tərəfindən bir sıra Mərkəzi Asiya dövlətlərinin - Qırğızıstan, Tacikistan və Özbəkistan rəhbərlərinin Tolstoy Sülh Mükafatı ilə təltif olunması fonunda Tokayevin bu siyahıda yer almaması da diqqətçəkən məqamdır”.

Analitik vurğulayıb ki, Qazaxıstanın hazırkı siyasi kursu Moskva üçün xüsusi həssaslıq yaradır:


“Qazaxıstan Rusiya üçün "həssas zona"dır. Burada rus etnik azlığın sayının çoxluğu, dünyanın ən uzun quru sərhədinin iki ölkə arasında olması, Tokayevin Rusiya–Ukrayna müharibəsində açıq Ukrayna meyilli mövqeyi, sanksiyalardan yayınmaya imkan verilməyəcəyinə dair bəyanatları Moskvanı narahat edən əsas faktorlardandır”.

Ekspert əlavə edib ki, bu kursu tam şəkildə anti-Rusiya mövqeyi kimi qiymətləndirmək doğru olmaz:

“Qazaxıstan sadəcə olaraq qlobal miqyasda formalaşan yeni tendensiyaya - balanslı xarici siyasət modelinə uyğunlaşır. Rusiya isə paralel şəkildə bütün postsovet məkanında əvvəlki üstün təsir imkanlarını itirir. Bu səbəbdən, istər Ermənistan, istərsə də Qazaxıstan kimi ölkələrdə Kremlə sadiq elitanın daxili çevrilişlər yolu ilə hakimiyyətə gətirilməsi planlarının perspektivsiz olduğu artıq aydın görünür”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Bütün Xəbərlər