Doha görüşündən gözləntilər: “Ermənistan əməkdaşlıq istəyirsə...”

Doha görüşündən gözləntilər: “Ermənistan əməkdaşlıq istəyirsə...”
04.12.2025 17:35 Təhlil

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada görüşəcək. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası məlumat yayıb. Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər. 


Maraqlıdır, görüşdən real gözləntilər nələrdir və bu panel müzakirəsi sülh prosesinə praktiki təsir göstərə bilərmi? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, görüşün əsas mövzusu sülh müqaviləsinin şərtləri olacaq:


"Hacıyev və Qriqoryanın görüşündə, şübhəsiz ki, əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı əldə olunmuş razılığın şərtləri olacaq. Bu çərçivədə iki tərəf arasında sülh müqaviləsinin indiki vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək".

Ekspert qeyd edib ki, İrəvan ərazi iddialarını ləğv etməyə razılaşıb:

"Məlum olduğu kimi, Ermənistan Vaşinqton görüşünda üzərinə öhdəlik götürüb. Həmin öhdəliklərdə Ermənistan Konstitusiyasındakı bəzi maddələrin dəyişdirilməsi barədə fikirlər yer alır. Bu maddələr konkret olaraq Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə hörmət məsələsinə aiddir. Ermənistan Konstitusiyasının preambulasında faktiki olaraq Azərbaycana və Türkiyəyə qarşı kəskin ərazi iddiaları əks olunub. Həmin maddələrin Konstitusiyadan çıxarılması vacibdir ki, gələcəkdə revanşist dairələr üçün yeni iddialar və gərginlik yaratmaq imkanı qalmasın".

Analitik bildirib ki, Ermənistan əməkdaşlıq istəyirsə, Zəngəzur dəhlizinə mane olan qüvvələri dayandırmalıdır:


"Eyni zamanda, Ermənistanda “Tramp dəhlizi” — yəni Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələr mövcuddur. Bu qüvvələrin səsi kəsilməlidir. Ermənistan hökuməti Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq istəyirsə və bu əməkdaşlıq üçün real imkanlar axtarırsa, iki ölkə arasında münasibətlərin normallaşması üçün lazım olan addımları atmalı, öhdəliklərini yerinə yetirməli və etimad mühitinin yaranmasına dəstək verməlidir".

Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisinin görüşü zamanı bütün bu məsələlərin  geniş şəkildə müzakirə ediləcəyi və Azərbaycan tərəfinin istəkləri, haqlı iradlarının Ermənistan tərəfinə çatdırılacağı gözlənilir.

Zeynal Əmrəliyev, həmçinin vurğulayıb ki, hazırda tərəflər arasında sakitlik var: 

"Ümumi vəziyyətə nəzər saldıqda, hazırda Azərbaycan və Ermənistan arasında vəziyyət nisbətən stabildir. Cəbhədə uzun müddətdir atəşkəsin pozulmaması çox mühüm göstəricidir və etimad mühitinin formalaşması üçün yaxşı fürsətdir. Həmçinin hər iki ölkənin ictimai xadimlərinin qarşılıqlı səfərləri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlərdə əldə olunan razılaşmaların və keçirilən görüşlərin nəticələrinin də Hikmət Hacıyev və Armen Qriqoryanın görüşündə müzakirə ediləcəyi gözlənilir".   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər