Sürücülərin DİQQƏTİNƏ: Maşından düşərkən pusqu sizi gözləyir - VİDEO
Paytaxtda bəzi sürücülər AZPARKING əməkdaşlarının fəaliyyətindən narazılıq edirlər.
TodayPress TV xəbər verir ki, onların iddiasına görə, bəzi ərazilərdə əməkdaşlar avtomobildən yeni düşən vətəndaşları izləyir, qısa müddət ərzində ödəniş edilmədiyi halda isə dərhal cərimə tətbiq olunur.
Sürücülər bildirirlər ki, bir çox hallarda avtomobili park etdikdən sonra ödənişi həyata keçirmək, tətbiqə daxil olmaq və ya digər texniki məsələləri həll etmək üçün müəyyən vaxta ehtiyac yaranır. Lakin onların sözlərinə görə, bəzi əməkdaşlar bu müddəti gözləmədən cəriməni rəsmiləşdirirlər.
Vətəndaşların narazılığına səbəb olan digər məqam isə əməkdaşların gizlənməsi ilə bağlıdır. İddialara görə, əməkdaşlar gizlənib sürücülərin maşından düşməyini güdürlər. Düşən kimi isə cərimə tətbiq edirlər.
Hazırda sürücülər aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini və parklanma qaydalarının tətbiqində daha çevik yanaşmanın göstərilməsini gözləyirlər.