Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir!

Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir!
17.06.2026 13:21 Təhlil

Rusiya siyasi və ekspert dairələrində Çinin siyasəti ilə bağlı fikir ayrılığı əmələ gəlib. Əlbəttə, Kreml əvvəlkitək Pekini strateji tərəfdaş sayır, iki ölkə arasındakı əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirir.

TodayPress TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün "Facebook" sosial şəbəkə hesabında yazıb.


"Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov son açıqlamasında Prezident Vladimir Putinin may ayında Çinə səfərinin nəticələrini yüksək qiymətləndirərək, bunun beynəxalq aləmdə sabitləşdirici rol oynadığını vurğulayıb. 

Buna baxmayaraq, Çin-Rusiya münasibətləri barədə fərqli düşününlər də var və bunlardan biri Rusiya hakim partiyasının üzvü və Dövlət Dumasının deputatı Konstantin Zatulindir.


Onun fikrincə, Çin Rusiyaya kifayət qədər dəstək vermir. Zatulin Pekinin passivliyinə misal olaraq Avropa İttifaqı – Ukrayna münasibətlərini göstərib:

“Avropa İttifaqı müharibədə Ukraynaya böyük dəstək verir. Rusiyanın strateji tərəfdaşı sayılan Çin isə Moskvaya kifayət qədər dəstək vermir”.

Zatulinin fikrincə, Çin ancaq öz maraqlarını güdür və Rusiya ilə tərəfdaşlıqdan qazanc əldə etməyə çalışır. Zatulin buna misal olaraq Çinin fürsətdən istifadə edərək Rusiyadan aldığı neftin və qazın qiymətini endirdiyini bildirib.

Zatulin haqlıdır. Pekin Kremlə onun arzuladığı səviyyədə dəstək vermir. Ancaq Pekinin Moskvanı müharibədə dəstəkləməyə borcu da yoxdur. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibəyə qərar verəndə dostu Çin lideri Si Cinpinlə məsləhətləşməmişdi. Belə olan halda Si Cinpin Vladimir Putinin avantürasına birmənalı dəstəkdən çəkinməliydi. Buna baxmayaraq, Zatulinin də etiraf etdiyi kimi, Çin Rusiyaya hərbi texnikanın istehsalı üçün zəruri avadanlıqlar verib. Zatulin Çinin Rusiyaya hətta müasir dronlar satdığını da vurğulayıb. Ancaq Zatulin Çinin Rusiyanın düşməni Ukraynaya da dron satdığını iddia edib. Halbuki, Çinin Ukraynaya dron satdığına dair fakt yoxdur. 

Pekin Rusiya-Ukrayna və ABŞ-İran müharibələrində öz maraqlarından çıxış edib. Pekin eyni zamanda Rusiya və İranın məğlub olmasında maraqlı deyil. Çünki, hər ikisinin məğlubiyyəti Çinin qlobal və regional gücünü zəiflədə bilər. Odur ki, Pekin Moskva və Tehrana onların istədiyi şəkildə dəstəyi verməsə də, Rusiya və İranın ayaqda qalmaları üçün hər şeyi edib."

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 Bütün Xəbərlər