Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü

Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü
08.07.2026 14:48

İqtisadçı Natiq Cəfərli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan diri heyvanların daşınması ilə bağlı tətbiq etdiyi yeni qaydaları tənqid edib. O hesab edir ki, yeni tənzimləmələr biznesin fəaliyyətini çətinləşdirəcək və nəticədə istehlak bazarında qiymət artımına səbəb olacaq.

TodayPress TV xəbər verir ki, Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə AQTA-nın rəsmi məlumatına istinad edərək bildirib ki, bundan sonra Azərbaycana idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır və həmin nəqliyyat vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə uyğun olmalıdır.

İqtisadçı bu qərarı "aşırı tənzimləmə" kimi qiymətləndirib:

"Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə də Avropa Birliyini iqtisadi baxımdan zəiflədən səhvlərin təkrarlanması. Əl çəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər. Bu qədər mənasız tənzimləmə, qadağa və cərimə nəyə lazımdır?".

O, yeni tələblərin sahibkarların əlavə xərclərlə üzləşəcəyini vurğulayıb və bunu ironik ifadələrlə şərh edib:

"Qoyun-quzunu limuzində daşımalıdırlar? Dədə-babalarımız heyvanları arabalarda daşıyıblar, məgər onlara nəsə olub? Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq".

Ekspert əlavə edib ki, bu cür qərarların son nəticədə yükü istehlakçıların üzərinə düşür. Onun fikrincə, Belə qərarlar yalnız qiymətləri artırır. Biznes əlavə xərcləri məhsulun qiymətinin üzərinə gəlir.

"Yəni AQTA bu qərarla onsuz da sürətlə bahalaşan ət məhsullarının qiymətinin daha da artmasına səbəb olur", – deyə Natiq Cəfərli vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Prezident bu şəxslərə diplomatik rütbə verdi - SƏRƏNCAM 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Akademik Əjdər Məcidov vəfat etdi 15:11 İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 "Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər 14:02 XİN başçısından kritik çağırış: Başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak cinayətdir! 14:00 Tramp Türkiyəyə gəlib, əlimiz çatır, vuraq - İranlı deputat 13:55 Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək? 13:38 NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi - TƏHLİL 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 "BakuBus" MMC-dən vətəndaşa kurioz cavab: Kondisioner işləyəndə təşəkkür etmirsiniz, işləməyəndə zəng edirsiniz 13:14 Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Bütün Xəbərlər