Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda..
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasındakı görüş sülh prosesinin dinamikasını bərpa etməyə yönəlmişdi.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
"Seçkilərdən dərhal sonra sülh prosesinin dinamikasını itirməmək bizim üçün çox vacib idi. Sülh prosesinin öz dinamikasına qayıtması bizim üçün olduqca əhəmiyyətli idi", - deyə o vurğulayıb.
Baş nazir, həmçinin qeyd edib ki, bu formatda görüş ilk dəfə Ermənistan ərazisində baş tutub. Onun sözlərinə görə, növbəti görüşün Azərbaycanda keçiriləcəyi ehtimal olunur.
Bundan əlavə, Paşinyan dəvət olunacağı təqdirdə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakıya gələcəyini də açıqlayıb:
"Mən demişəm ki, 2029-cu ildə Avropa Siyasi Birliyinin zirvə görüşünə dəvət olarsa, bu andan etibarən Bakıya gedəcəyəm".
Aysel Mətləb