Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı

Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı
07.07.2026 16:20

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etsin;

əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görsün;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

ЛЕНТА НОВОСТЕЙ
07 июля 2026
Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Трамп: Я приехал на саммит только из-за Эрдогана, иначе не приехал бы... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 Как КВН-щик стал известным религиозным деятелем? Гаджи Шахин — человек, изменивший отношение к религии 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Эти должностные лица будут оштрафованы 16:27 Азербайджан присоединился к конвенции, подписанной 17 странами 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 Участников саммита НАТО охраняет 56-тысячная «армия» 16:00 Белый дом утвердил график: что Трамп обсудит сначала с Зеленским, а затем с новым лидером Сирии? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 Все новости