Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi

Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
28.07.2026 13:38

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Bundan başqa, dövlət başçısı yenilənmiş qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, "Aviasiya haqqında" qanunun 56.5-ci maddəsinə uyğun olaraq, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını, Dövlət Mühafizə Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Dövlət Turizm Agentliyinin təklifləri nəzərə alınmaqla, üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, yeni qanundan irəli gələn digər məsələləri həll etməlidi.

Çox yüngül uçuş aparatlarının istifadəsi və uçuşu ilə bağlı aşağıdakılar öz əksini tapmalıdır:

- uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;

- uçuş aparatlarının və istismarçılarının qeydiyyatı, habelə qeydiyyatdan azad edilmə halları;

- uçuş aparatlarını idarə edən şəxslərə dair yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, habelə onların uçuş aparatını idarə etmək hüququ verən sənədlə təmin olunması mexanizmi;

- uçuşların həyata keçirilməsi üçün icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin dəqiq müəyyən olunması meyarları, o cümlədən dövlət sərhədi, hərbi obyektlər, strateji infrastruktur obyektləri, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;

- uçuş aparatlarından kommersiya və ya qeyri-kommersiya, o cümlədən şəxsi, idman, turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;

- təhlükəsizlik tələbləri, o cümlədən uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədilə uçuşların əvvəlcədən razılaşdırılması və məlumatlandırma prosedurları;

- uçuş aparatlarının texniki yararlılığına, istismarına və dövri yoxlanılmasına dair tələblər;

- uçuş aparatları istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
Naomi Osaka karyerasının ən emosional anını bölüşdü 16:24 Yaponiya Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də 16:22 İran Ukraynaya hücum planlaşdırır? - İDDİA 16:12 Avropada Ukraynanın yeni düşməni peyda oldu - Yunanlar ittifaqı uçuruma aparır 16:11 Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi 16:05 SOCAR-a məxsus dəniz özülləri və borular təhlükəli şəraitdə kəsilərək sökülür - İDDİA 15:51 Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır 15:47 Sahibə Qafarova Efiopiyada səfərdədir 15:42 Почему Карабах «терзает» Россию? — Баку «отрезал» руку Москвы 15:28 İsrail İranın enerji obyektlərini vurmağa hazırlaşır 15:26 Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı 15:21 Adetokunbo yeni macərasına böyük hədəflə başlayır 15:15 Polşa şirkətləri Azərbaycan bazarına çıxır 15:05 Опасный план хуситов в Красном море 14:50 Суд наказал отца ученика, застрелившего учителя в Баку 14:36 Армения бежала от анклавов — От заявления повеяло войной 14:22 Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:11 Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu 14:07 Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edildi 14:04 Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu 13:50 Prezident sərəncam imzaladı 13:46 Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi 13:38 Fransa millisində yeni dövr başladı – Sükan Zidanın əlində 13:33 O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı 13:20 DİQQƏT! Bu ərazilərdə iki gün su olmayacaq 13:18 Все новости