Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı
29.06.2026 10:47

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli iştirakçılar!

Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.

Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.

Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.

Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik.

Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.

Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.

Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik.

İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaq".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Все новости