UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO

UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO
13.08.2026 22:08

"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.

TodayPress TV xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.

"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

xxx

"Qarabağ" - "Dinamo Kiyev" oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, 69-cu dəqiqədə Aleksey Kaşuk hesabı 2:0 edib.

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci hissə başlayıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ilk hissə başa çatıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0

12-ci dəqiqədə Jali Muaddib fərqlənib.

***

"Qarabağ" - "Dinamo Kiyev" oyununda hesab açılıb.

TodayPress TV xəbər verir ki, 12-ci dəqiqədə Jali Muaddib ağdamlıları irəli çıxarıb.

***

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Yaponiyada dəhşətli leysan! - VİDEO 20:37 İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi! 20:28 "Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir 20:20 Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var 19:57 Gürcüstan-Rusiya sərhədində həyəcan siqnalı - Gömrük məntəqəsi boşaldıldı 19:53 Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu 19:41 Avropanın əsas sursat zavodlarından birində PARTLAYIŞ - VİDEO 19:25 İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ 19:13 Bütün Xəbərlər