ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın əsas infrastruktur obyektlərinə qarşı zərbələrin yenidən bərpa edilməsini dəstəkləyib.
TodayPress TV xəbər verir ki, “Channel 13”un məlumatına görə, Kuper İsrailə səfəri zamanı yüksəkvəzifəli israilli rəsmilərlə görüşlərdə İrana hərbi təzyiqin artırılmasının Tehranın danışıqlardakı mövqeyini dəyişməsinə səbəb ola biləcəyini bildirib.
Admiral xüsusilə İranın neft, qaz və enerji obyektlərinin hədəfə alınmasını təklif edib. Onun sözlərinə görə, ABŞ gələcəkdə İsrailin tərəfində döyüşlərə yenidən qoşulmaqdan başqa seçim qarşısında qala bilər.
Məlumata əsasən, Kuperin bu mövqeyi ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə və prezident Donald Trampa da çatdırılıb.
Kübra Musayeva