Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!”
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanı 2025-ci ilin mayında baş verən qarşıdurmaları xatırladaraq sərt şəkildə xəbərdar edib.
TodayPress TV xəbər verir ki, Şərif Pakistanın silahlı qüvvələrinin feldmarşal Asim Munirin rəhbərliyi ilə Hindistana qarşı “düşməni məğlub etdiyini” bildirib.
O qeyd edib ki, Pakistan sülh tərəfdarıdır, lakin ölkənin suverenliyi və təhlükəsizliyi təhdid olunacağı təqdirdə cavab “2025-ci ilin mayından daha sarsıdıcı və güclü” olacaq.
Şərif Hindistanın İndus Suları Müqaviləsini birtərəfli qaydada dayandırmasını da tənqid edib:
“Pakistanın hər bir su damlası bizim qırmızı xəttimizdir. Hindistan ağlını başına yığmasa, birbaşa cavab veriləcək”.
Kübra Musayeva