Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq”

Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq”
13.08.2026 23:36

"Qarabağ" "Dinamo" ilə oyunda rəqibini topsuz qoymağa çalışıb.

TodayPress TV Report-a istinadən xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandanın layiqincə mübarizə apardığını bildirib:

"Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram".

Mütəxəssis qapıçı Mateuş Koxalskinin komandadan ayrılması ilə bağlı fikirlərə münasibətini bildirib:

"Koxalskinin komandadan getməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Sadəcə bu matçda digər qapıçıya da şans verməyi düşündüm. Çıxışından razı qaldım".

Qurban Qurbanov pley-off mərhələsindəki şansları dəyərləndirib:

"Şansımız var. İki oyun keçirəcəyik. Bu şanslardan maksimum yararlanmağa çalışacağıq. Çatışmazlıqlar var. Hər mövqeyə ən azı bir oyunçu əlavə olunmasına ehtiyacımız var".

Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu iki oyunun nəticəsinə əsasən (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayıb. "Qarabağ" pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşacaq.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Yaponiyada dəhşətli leysan! - VİDEO 20:37 İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi! 20:28 "Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir 20:20 Bütün Xəbərlər