Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi

Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi
08.07.2026 10:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.

TodayPress TV xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi.

Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu.

TodayPress TV

ФОТО

Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi — 1
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi — 2
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi — 3
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi — 4
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi — 5
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi — 6
ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 "Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər 14:02 XİN başçısından kritik çağırış: Başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak cinayətdir! 14:00 Tramp Türkiyəyə gəlib, əlimiz çatır, vuraq - İranlı deputat 13:55 Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək? 13:38 Анкарский саммит НАТО превратил Турцию в мировую державу - АНАЛИЗ 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 Курьезный ответ гражданину от ООО "BakuBus": «Когда кондиционер работает, вы не благодарите, а как не работает — звоните» 13:14 Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq! 12:42 ABŞ-nin İranla atəşkəsi artıq qüvvədə deyil - TƏCİLİ 12:26 Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır 12:26 Нармин Шахмарзаде опозорила Алескера Мамедли и его брата: "Миллионы денег..." 12:08 4 ПРИЧИНЫ, вновь разжигающие конфликт между США и Ираном: Меморандум свели на нет 12:03 Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt cavab: "İrançı şəbəkənin ruporlarına çevrilib" 11:33 Как Баку тонет в канализационных водах, или Ошибки Государственного комитета по градостроительству и архитектуре 11:28 "Gecə aeroporta çağırdılar, sonra evə qayıtmağımızı dedilər" - Naxçıvana gedən yüzlərlə sərnişin çarəsiz vəziyyətdə 11:08 İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət etdi 11:05 Все новости