Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi

Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi
22.06.2026 22:10

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında iştirak edən Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Mərakeş arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələr, xüsusilə siyasi sahədə uğurla inkişaf edir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığı qeyd edilib. S.Qafarova Mərakeşə rəsmi səfərini və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində mərakeşli həmkarları ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu təmasların əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Görüşdə hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və cari ildə imzalanmış parlamentlərarası Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Tərəflər parlamentlərin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, Mərakeş təşkilatın fəaliyyətində fəal iştirak edir və onun işinə xüsusi önəm verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə! 15:20 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 “Çelsi”dən müdafiəyə güclü transfer: Pep Çavarria gəldi! 15:36 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Электронные аттестаты не принимаются? — Родители обеспокоены... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 Что будет, если страны, сотрудничающие с Израилем, присоединятся к тройственному союзу? — КОММЕНТАРИЙ 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Кто такая Нармина Мустафаева, которой президент сделал новое назначение? — ДОСЬЕ 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Все новости