Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama

Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama
12.08.2026 14:02

“Qarabağ” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyununda yaxşı nəticə əldə etməyə çalışacaq.

TodayPress TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ukraynalı rəqibə qarşı keçiriləcək cavab matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis əvvəlcə Çempionlar Liqasında “Orhus”u 4:0 hesabı ilə məğlub edən “Sabah”ı təbrik edib:

“Əvvəlcə “Sabah”ı təbrik edirəm. Yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur. Biz də pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular əllərindən gələnin ən yaxşısını edəcəklər. Yaxşı nəticə istəyiriksə, ilk oyundakı səhvləri aradan qaldırmalıyıq. Futbolçular daha diqqətli olmalıdırlar”.

Qurban Qurbanov ardıcıl oyunlarda qol vura bilməməyin futbolçular üzərində psixoloji təzyiq yaratdığını da etiraf edib:

“Bunu normal qarşılayıram. Belə hallar olur. Bunu aradan qaldırmağa çalışırıq. Qol vurmaq üçün daha artığını etməliyik”.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” qarşılaşması avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə! 15:20 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 Bütün Xəbərlər