Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə!
İngiltərənin “Kristal Pelas” klubu hücumçu Evann Qessanı “Aston Villa”dan bir mövsümlük icarəyə götürüb.
TodayPress TV xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Müqavilədə futbolçunun transfer hüquqlarının alınması ilə bağlı opsionun da yer aldığı bildirilib.
Kot-d’İvuar millisinin üzvü olan Qessan ötən mövsümün ikinci yarısını da “Kristal Pelas”da icarə əsasında keçirib. O, bu müddətdə 14 oyunda 2 qol vurub. Hücumçu qollardan birini UEFA Konfrans Liqasındakı qələbə ilə başa çatan yürüş zamanı, “Rayo Valyekano” ilə finalda isə Leypsiqdə meydana çıxaraq vurub.
Marsel klubunun yetirməsi karyerası ərzində “Lozanna-Sport”, “Nant” və “Nitsa”nın da formasını geyinib. O, 2024/2025 mövsümündə “Nitsa”da 12 qol vuraraq mövsümün ən yaxşı futbolçusu seçilib.
Qessan daha sonra “Aston Villa”ya keçib və ötən mövsümün ikinci yarısında “Kristal Pelas”da icarə əsasında çıxış edib. Klubun məlumatına görə, 24 yaşlı hücumçu bir mövsümdə iki fərqli Avropa turnirinin qalibi olan ilk futbolçu kimi tarixə düşüb.
Namiq HUN