XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı
06.07.2025 21:10

3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.

Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.

Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.

İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.

Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.

Sənəddə “İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.

Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.

Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:

https://eco.int/wp-content/uploads/2025/07/5-065-25-1.pdf

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər