Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi

Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi
12.08.2026 15:26

NBA-də qanunsuz mərc işi üzrə müttəhimlərdən biri və “Mayami Hit”in sabiq müdafiəçisi Terri Rozirin uşaqlıq dostu Deniro Lasterin girov müqabilində azadlığa buraxılması ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Qərarı Nyu-York Şərq Dairəsi üzrə federal hakim LeŞann Darsi Holl qəbul edib. Buna səbəb Lasterin girov şərtlərini pozması olub.

Məlumata görə, Laster sosial şəbəkədə şahidlərə təzyiq göstərmək məqsədilə siçan emojisi paylaşmaqda, həmçinin ünsiyyəti qadağan edilən şəxslər və potensial şahidlərlə əlaqə saxlamaqda ittiham olunur.

Məhkəmə iclasında Lasterin vəkili Metyu Evan Korkoran siçan emojisinin sadəcə “siçan cizgi filmi” olduğunu iddia edib. Hakim isə bu ifadəyə etiraz edərək emojinin şahidlərin qorxudulması məqsədi daşıya biləcəyini vurğulayıb.

Vəkilin “Bəzən siçan emojisi sadəcə siçan emojisidir” fikrinə hakim “Bu sizin mövqeyinizdir? Əgər belədirsə, uğurlu mövqe deyil” cavabını verib.

Məhkəmədə Lasterin ünsiyyət qadağasını pozaraq əlaqə saxladığı şəxsin qadağan olunmuş şəxslər siyahısında olmadığı da bildirilib. Hakim isə belə hallarda icazə verilən yeganə əlaqənin vəkilin iştirakı ilə mümkün olduğunu qeyd edib.

Nəticədə Deniro Lasterin girov müqabilində azadlığa buraxılması ilə bağlı əvvəlki qərar ləğv olunub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 “Çelsi”dən müdafiəyə güclü transfer: Pep Çavarria gəldi! 15:36 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə! 15:20 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Bütün Xəbərlər