Yaponiya smartfon istifadəsinə məhdudiyyət təklif edir

Yaponiya smartfon istifadəsinə məhdudiyyət təklif edir
29.08.2025 18:45 Dünya

Yaponiyanın Ayiçi prefekturasına aid Toyaoke şəhəri sakinlərə gündə cəmi iki saat smartfondan istifadəni tövsiyə edən yeni qayda layihəsi irəli sürüb. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Layihə oktyabrda müzakirəyə çıxarılacaq. Qanun ölkədə ilk dəfə bütün vətəndaşlara — yaşından asılı olmayaraq — şamil ediləcək. Lakin tədbir könüllü xarakter daşıyacaq və qaydanı pozanlara qarşı heç bir sanksiya nəzərdə tutulmayacaq.

Şəhər meri Masafumi Koki vurğulayıb ki, təşəbbüs qadağa məqsədi daşımır, əsas məqsəd ailə daxilində cihazlardan istifadənin vərdişləri barədə söhbətə təkan verməkdir. Onun sözlərinə görə, həddindən artıq ekran vaxtı yuxuya, psixi və fiziki sağlamlığa mənfi təsir göstərir, məktəblilər arasında isə dərsdən yayınmaya səbəb ola bilər. Layihəyə görə, ibtidai sinif şagirdləri üçün smartfon istifadəsi 21:00-dan, yeniyetmə və böyüklər üçün isə 22:00-dan sonra yolverilməzdir.

Buna baxmayaraq, şəhər rəhbəri cihazların gündəlik həyatda vacibliyini etiraf edib, amma qanunun insanları vaxtdan düzgün istifadəyə yönəldə biləcəyinə ümid etdiyini bildirib.

Şəhər sakinlərinin reaksiyası əsasən mənfi olub: dörd gün ərzində daxil olan 83 zəng və 44 məktubun təxminən 80%-ində təşəbbüs səmərəsiz və şəxsi azadlıqlara zidd hesab olunub. Sosial şəbəkələrdə isə iki saatlıq limiti “real olmayan” adlandıraraq, bu müddətin sadəcə bir kitab oxumaq və ya film izləmək üçün belə kifayət etmədiyini yazıblar.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 Bütün Xəbərlər