Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim - YENİLƏNİB

Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim - YENİLƏNİB
18.06.2026 22:44 Dünya

İranın Ali rəhbəri Müctəba Xamenei bildirib ki, ABŞ ilə gələcəkdə baş tutacaq danışıqlarda Ağ Evin mövqeyi qəbul edilməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə onun xalqa müraciətində bildirilib.

"Ümid edirik ki, mövlamızın mübarək duaları İran xalqına hər cür qələbə və zəfərlər gətirəcək", - Xamenei yekunlaşdırıb.

XXX
İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.

TodayPress TV xəbər verir ki, Xamenei bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Prinsipcə, mənim (qarşılıqlı anlaşma memorandumu ilə bağlı) başqa fikrim var idi, lakin hörmətli Prezidentin (Məsud Pezeşkian), Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim və onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər", - o bildirib.

O qeyd edib ki, İran və ABŞ prezidentləri arasında saziş artıq imzalanıb: "Bu mərhələyə çatmaq yolunda məsul şəxslər çoxlu səy göstəriblər və əlbəttə ki, məhz ABŞ Prezidenti (Donald Tramp) çarəsizlikdən buna nail olmaq üçün müxtəlif təzyiq rıçaqlarına əl atırdı".

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Maaş endiriminə razı olmadı, ayrılıq qaçılmaz oldu 09:23 Rusiyanın ən böyük logistika anbarlarından birinə PUA hücumu - VİDEO 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 “Qisas”dan sonra geri dönüş olmadı – Qarabağın taleyini dəyişən əməliyyat - VİDEO 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 Bütün Xəbərlər