Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA

Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA
17.07.2026 14:42

Rusiya Prezidenti Vladimir Putin orduya yanacaqdoldurma məntəqələri, yük və sərnişin daşımaları, eləcə də mülki nəqliyyat vasitələrinə qarşı pilotsuz uçuş aparatları ilə hücumları artırmaq barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Bildirilib ki, məqsəd sərhəd və cəbhə bölgələrindəki mülki infrastrukturun fəaliyyətini maksimum dərəcədə iflic etmək və həmin əraziləri mümkün qədər viran vəziyyətə salmaqdır.

Qeyd edilir ki, Rusiya qoşunlarına mülki infrastruktura qarşı zərbələri də intensivləşdirmək əmri verilib.

İddialarla bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.

Eyni zamanda, sosial şəbəkələrdə və bəzi mənbələrdə Avropa siyasətçilərinin yay tətilinə çıxdığı və  "Rusiyanın davranışını daha sonra sərt şəkildə qınayacaqları" barədə istehzalı şərhlər yayılıb.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
17 июля 2026
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı 16:50 Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi 16:40 Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır 16:19 Иран перенес войну в Сирию: бомбит, чтобы открыть путь для «Хезболлы» 16:17 Oğlu Niyazinin arvadının boğazını kəsdi və məşhur dirijorun əşyalarını narkotik vasitə üçün satdı - DETALLAR 16:10 XİN rəhbəri: Azərbaycan Ermənistan arasında de-fakto sülh mövcuddur 16:08 Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Рейтинг Путина тает на глазах 15:07 Турист посмотрел на карту, чтобы добраться из Шахдага в Габалу, и был шокирован. 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Где „погибла“ Германия — Сталинградская битва 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Если мы говорим о Европе, почему мы отдаляемся от её стандартов? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Каждый шестой учитель в США работает на второй работе 13:44 Все новости