XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı

XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı
17.07.2026 15:48

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.

Müzakirələrdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının rolu da daxil olmaqla, iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə diqqət yetirilib.

Qeyd olunub ki, nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafı yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir.

Nazirlər, həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadilələrinin təşviqi məsələləri də müzakirə olunub.

Xəzər dənizində ekoloji vəziyyətə, o cümlədən su səviyyəsinin azalmasından irəli gələn çağırışlara diqqət çəkilib və bu istiqamətdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Nazirlər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Cənubi Qafqazdakı vəziyyətə toxunan nazir Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanır.

Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimad quruculuğu istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verib.

Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sülh və sabitliyin təmin edilməsində diplomatik dialoqun, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı nazirlər tərəfindən imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı 16:50 Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi 16:40 Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır 16:19 İran müharibəni Suriyaya daşıdı - "Hizbullah"a yol açmaq üçün bombalayır 16:17 Oğlu Niyazinin arvadının boğazını kəsdi və məşhur dirijorun əşyalarını narkotik vasitə üçün satdı - DETALLAR 16:10 XİN rəhbəri: Azərbaycan Ermənistan arasında de-fakto sülh mövcuddur 16:08 Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Bütün Xəbərlər