Kanada Hərbi Hava Qüvvələrində ilk qadın general təyinatı

Kanada Hərbi Hava Qüvvələrində ilk qadın general təyinatı
11.07.2025 11:20

General-leytenant Ceymi Speiser-Blanşet Kanada Hərbi Hava Qüvvələrinin (KHHQ) komandanı vəzifəsinə təyin olunaraq bu vəzifəni tutan ilk qadın olub. 

TodayPress TV xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Speiser-Blanşet KHHQ-nin 22-ci rəisi olacaq və bu postu tutan ilk qadın kimi tarixə düşəcək.

Təyinat mərasimində çıxış edən general-leytenant Speiser-Blanşet hazırda Hava Qüvvələrinin ciddi problemlərlə üzləşdiyini vurğulayıb: 

“Biz kadr çatışmazlığı ilə üzləşirik və döyüş hazırlığına yüksək tələblər var. Məncə, bu, ən əsas problemdir”.

Speiser-Blanşet peşəkar hərbi karyerası ərzində Qriffon hücum helikopterinin pilotu olub, BMT və NATO-nun Haiti və Bosniya və Herseqovinadakı missiyalarında xidmət edib, eləcə də Kanada Hərbi Hava Qüvvələrində müxtəlif komandanlıq vəzifələrində çalışıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 IYUL 2026
Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Bütün Xəbərlər