Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
17.07.2026 15:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.

TodayPress TV xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi və humanitar əməkdaşlığı, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.

Rusiya xarici işlər naziri 22 fevral 2022-ci ildə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmağa doğru irəlilədiklərini bildirib.

O deyib ki, bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, eləcə də hökumətlərin və Xarici İşlər nazirliklərinin işi sayəsində 25 dekabr 2024-cü ildə AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı məsələlər həll olunub.

Rusiyalı nazir tərəflərin iqtisadi sahədə əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycan və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının aprel ayında keçirildiyini xatırladıb.

Rusiya xarici işlər naziri Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacağını vurğulayıb. O, həmçinin "3+3" regional məsləhət platformasına artan marağın olduğunu qeyd edib.

Azərbaycan xarici işlər naziri öz növbəsində bildirib ki, bu cür təmaslar Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrinin ətraflı müzakirəsi üçün mühüm platforma yaradır.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələlərini ətraflı şəkildə nəzərdən keçirəcəklər ki, bunun da mühüm elementlərindən biri Hökumətlərarası Komissiyanın müntəzəm iclaslarıdır.

"Qlobal iqtisadiyyatda mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi tendensiya müsbətdir", - Ceyhun Bayramov vurğulayıb.

O qeyd edib ki, tərəflər 2025-ci il üçün ikitərəfli əməkdaşlıq göstəricilərini, eləcə də yaxın gələcək üçün planlaşdırılan sahələri müzakirə edəcəklər. Azərbaycan xarici işlər naziri humanitar sahəni Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin ənənəvi olaraq vacib elementi kimi xarakterizə edib.

Ceyhun Bayramov həmçinin iki ölkənin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri müzakirə etməyə hazır olduğunu diqqətə çatdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Maestronun evində illər sonra açılan sirr: Niyazinin övlad kimi böyütdüyü Ceyhun... 16:10 XİN rəhbəri: Vətən müharibəsi yeni reallıqlar yaradıb 16:08 Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Trampın paylaşımları ödənişli olur 14:50 Putin mülki obyektləri "vur əmri" verdi - İDDİA 14:42 İspaniya millisinin futbolçusu "Real"a keçə bilər 14:39 Rusiya problemi "kökündən həll edir" - "zaprafkalar"ı satışa çıxardılar 14:29 Almaniyanın "öldüyü yer" - Stalinqrad döyüşü 14:23 Körfəzdə infrastruktur böhranı: İranın hücumu Küveytin enerji bloklarını sıradan çıxardı 14:14 Azərbaycan pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirdilər 14:05 Avropadan danışırıqsa, niyə onun ölçülərindən uzaqlaşırıq? 14:00 Şənbə gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:59 Hər 6 müəllimdən 1-i ikinci işdə çalışır - ABŞ-də 13:44 Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas keçirildi 13:29 Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Bütün Xəbərlər