Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar

Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar
09.07.2026 14:55

Özbəkistanda latın qrafikalı əlifba dəyişdirilir. Parlamentin aşağı palatası müvafiq qanun layihəsini qəbul edərək baxılması üçün Senata göndərib.  

TodayPress TV xəbər verir ki, yeni düzəlişlərə əsasən, bəzi hərf birləşmələrindən imtina ediləcək.

Hazırkı 26 hərf və üç hərf birləşməsinin əvəzinə əlifbada 28 hərf və bir apostrof (tutulma işarəsi) yer alacaq.

Əlifbada aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:    

Gʻ → Ğ

Oʻ → Ö

Sh → Ş

Ch → Ç

ng hərf birləşməsi isə əlifbadan tamamilə çıxarılacaq.

Bu dəyişikliklər Senat tərəfindən bəyənildikdən və Özbəkistan prezidenti tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə minəcək.

Yenilənmiş əlifbaya keçid mərhələli şəkildə həyata keçiriləcək.

Qanun qüvvəyə minənədək rəsmiləşdirilmiş sənədlər, milli valyuta, qiymətli kağızlar, həmçinin lövhələr, göstəricilər və dövlət qurumlarının rəmzləri müəyyən olunmuş müddətədək qüvvədə qalacaq.

Parlamentin məlumatında bildirilir ki, bu yanaşma sənədlərin, blankların və lövhələrin eyni anda dəyişdirilməsi zərurətini aradan qaldırır. Beləliklə, büdcə vəsaitlərinin əsassız xərclənməsinin qarşısı alınacaq və dövlət əlavə maliyyə yükündən qorunacaq.

Qanun layihəsi geniş ictimai müzakirə keçirilmədən qəbul edilib. Qanunvericilik Palatasının rəsmi açıqlamasında detallar gizli saxlandığı üçün əlifbaya məhz hansı dəyişikliklərin ediləcəyi bir müddət qeyri-müəyyən qalıb.  

Qeyd edək ki, Özbəkistan əlifbasının yenilənmiş variantında bu gün Azərbaycan əlifbasında mövcud olan yeni hərflərdən istifadə ediləcək.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
09 июля 2026
Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi 17:31 Американские силы за последние два дня поразили более 170 объектов в Иране 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Президент утвердил соглашение о поставках электроэнергии в Грузию. 16:23 NATO-nun qırıcısı Yunanıstana qəza enişi etdi - VİDEO 16:15 Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 Истребители Израиля летят в направлении Ирана – Мощная бомбардировка... 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 Объявлены даты тестовых экзаменов по приему учителей на работу (MİQ) 15:35 В Министерстве внутренних дел обсудили итоги 6 месяцев 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 В Иране прогремели взрывы — СРОЧНО 14:42 Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Пашинян: Есть два варианта решения вопроса анклавов и эксклавов с Азербайджаном 14:34 Трамп перевернул игру — он ударит по Китаю иранским оружием 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Верховный суд: Камера, следящая за соседом, считается незаконной 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Греция погрузилась в траур из-за Эрдогана: газеты вышли с черными заголовками 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Все новости