Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı

Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı
09.07.2026 16:45

Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix məlum olub.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, builki poeziya günləri Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində keçiriləcək.

"Sözün hekayəsi" şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlanacaq, iyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşa şəhərində keçiriləcək.

Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksi önündə keçiriləcək açılış mərasimində rəsmilər, yazıçı və şairlər, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək.

Sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan "Sözün ovçusu – "Könlüm keçir Qarabağdan" adlı səhnə kompozisiyası nümayiş etdiriləcək. Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək. Builki Poeziya günlərində mühüm yeniliklər də olacaq, "Kitab dayanacağı" köşkü istifadəyə veriləcək.

Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq. Bundan əlavə, Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, "Sözün gülüşü – Şuşa hekayələri" adlı teatral kompozisiya da proqramda yer alıb. Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş "Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani" mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan "Sözün həsrəti – "Heydərbabaya salam" bədii-musiqili kompozisiyası təqdim ediləcək.

Poeziya günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Bildirək ki, Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında ədəbiyyatın inkişafı bağlı prioritet hədəflər konteksində xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb. Eyni zamanda dahi siyasətçinin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 "Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb 17:49 Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi 17:31 ABŞ qüvvələri son iki gündə İranın 170-dən çox obyektini vurub 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqlədi 16:23 NATO-nun qırıcısı Yunanıstana qəza enişi etdi - VİDEO 16:15 Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 14:42 Bütün Xəbərlər