Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi

Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi
09.07.2026 17:33

Siyasət səhnəsi bəzən maraqlı süjetlər təqdim edir.  NATO sammiti çərçivəsində Yunanıstan Baş naziri Kiriakos Miçotakis və xanımının qarşılanması kimi.

Miçotakis binaya tərəf addımlayanda "Ceddin Deden, Neslin Baban" marşı çalındı.

Sammitin əsas toplantı günü isə medianın diqqətini Miçotakisin “Sahte Kabadayı” yerişi oldu, minlərlə video paylaşıldı.

Bu fonda Kiriakos Miçotakisin ailə keçmişindəki maraqlı fakt yenə yada düşür: onun atası, Yunanıstanın keçmiş Baş naziri Konstantinos Miçotakis canını Türkiyəyə borclu idi. 


1967-ci ildə Yunanıstanda "Albaylar xuntası" hərbi çevriliş edəndə ata Miçotakis ölüm və həbs təhlükəsi ilə üz-üzə qalır. O zaman Miçotakis ailəsinin (Kiriakos onda hələ 6 aylıq körpə idi) gizli yollarla Türkiyəyə qaçmasına və xilas olmasına şəxsən Türkiyənin ozamankı xarici işlər naziri İhsan Səbri Çağlayangil kömək edir. Türkiyənin sabiq naziri Bülent Akarcalı 1987-ci ildə Vyanada Avropa Demokratik Birliyi çərçivəsində keçirilən görüşü xatırlayaraq deyir:

"O rəsmi görüşdən əvvəl Turqut Özal, Miçotakis və Kipr Rum icmasının partiya nümayəndələri ilə birgə görüş təşkil etdim. Kipr Sülh Hərəkatı sayəsində Yunanıstandakı çevrilişçi polkovniklər xuntası çökdü, yerinə demokratiya gəldi. Bugünkü Yunanıstan demokratiyası Avropa İttifaqı sayəsində filan deyil, birbaşa Türkiyə sayəsində formalaşıb. Türk əsgərinin süngüsü Yunanıstana demokratiya gətirdi. O görüşdə ata Miçotakis mənə açıqca dedi ki: “Bəlkə də həyatımı türklərə borcluyam”.

Beynəlxalq münasibətlər mütəxəssisi professor Mesut Hakkı Caşının da diqqət çəkdiyi tarixi reallıq fonunda mənzərəyə yenidən baxaq: Atası və ailəsi Türkiyənin yardımı ilə ölümdən xilas olan, siyasi varlığını və ölkəsinin demokratiyasını Türkiyənin həmləsinə borclu olan ailənin övladı NATO masasında rəsmi Ankaraya qarşı "əzələ nümayiş etdirməyə" çalışır.

Tarix bəzən insanı öz keçmişi ilə belə sınağa çəkir.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 IYUL 2026
Netanyahu Argentinanı seçdi, amma Messini yox 18:56 Hörmüz boğazında hərəkət DAYANDI 18:47 Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 "Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb 17:49 Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi 17:31 ABŞ qüvvələri son iki gündə İranın 170-dən çox obyektini vurub 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqlədi 16:23 NATO-nun qırıcısı Yunanıstana qəza enişi etdi - VİDEO 16:15 Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 Bütün Xəbərlər