Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar

Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar
09.07.2026 14:55

Özbəkistanda latın qrafikalı əlifba dəyişdirilir. Parlamentin aşağı palatası müvafiq qanun layihəsini qəbul edərək baxılması üçün Senata göndərib.  

TodayPress TV xəbər verir ki, yeni düzəlişlərə əsasən, bəzi hərf birləşmələrindən imtina ediləcək.

Hazırkı 26 hərf və üç hərf birləşməsinin əvəzinə əlifbada 28 hərf və bir apostrof (tutulma işarəsi) yer alacaq.

Əlifbada aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:    

Gʻ → Ğ

Oʻ → Ö

Sh → Ş

Ch → Ç

ng hərf birləşməsi isə əlifbadan tamamilə çıxarılacaq.

Bu dəyişikliklər Senat tərəfindən bəyənildikdən və Özbəkistan prezidenti tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə minəcək.

Yenilənmiş əlifbaya keçid mərhələli şəkildə həyata keçiriləcək.

Qanun qüvvəyə minənədək rəsmiləşdirilmiş sənədlər, milli valyuta, qiymətli kağızlar, həmçinin lövhələr, göstəricilər və dövlət qurumlarının rəmzləri müəyyən olunmuş müddətədək qüvvədə qalacaq.

Parlamentin məlumatında bildirilir ki, bu yanaşma sənədlərin, blankların və lövhələrin eyni anda dəyişdirilməsi zərurətini aradan qaldırır. Beləliklə, büdcə vəsaitlərinin əsassız xərclənməsinin qarşısı alınacaq və dövlət əlavə maliyyə yükündən qorunacaq.

Qanun layihəsi geniş ictimai müzakirə keçirilmədən qəbul edilib. Qanunvericilik Palatasının rəsmi açıqlamasında detallar gizli saxlandığı üçün əlifbaya məhz hansı dəyişikliklərin ediləcəyi bir müddət qeyri-müəyyən qalıb.  

Qeyd edək ki, Özbəkistan əlifbasının yenilənmiş variantında bu gün Azərbaycan əlifbasında mövcud olan yeni hərflərdən istifadə ediləcək.

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 IYUL 2026
MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 14:42 Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var 14:34 Tramp masanı devirdi - İrandakı silahla Çini vuracaq 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayılır 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Yunanıstan Ərdoğana görə yasa batdı: Qəzetlər qara manşetlə çıxdı 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Bütün Xəbərlər