Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı
İsrail Baş naziri Benyamin Netanyahu ölkəsini getdikcə beynəlxalq təcridə sürükləyir.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidanın sözlərinə görə, Netanyahunun siyasətinə qarşı beynəlxalq təzyiq dərhal artırılmalı və İsrail hökuməti bu siyasətdən geri çəkilməlidir.
Türkiyəli nazir iddia edib ki, İsrailin məqsədi fələstinliləri Qəzzadan çıxarmaq və mümkün qədər orada heç bir fələstinlinin qalmamasına nail olmaqdır.
Fidan bildirib ki, Türkiyə, Misir və digər ölkələrin “Sülh Şurası”na qoşulmaqda əsas məqsədi bu planın diplomatik və sülh yolu ilə qarşısını almaq olub. Onun sözlərinə görə, ilk mərhələdə əsas hədəf Qəzzada “soyqırımı” dayandırmaq idi və müəyyən mənada buna nail olunub.
Kübra Musayeva