Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq

Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq
24.07.2026 13:21

İranlı ekspert Ehsan Movahedian Cənubi Qafqazın Tehran üçün strateji əhəmiyyət daşıdığını və ölkəsinin regiondakı maraqlarını qorumaqda qətiyyətli olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, Ehsan Movahedian bu fikirləri Ermənistanın Qafan şəhərinə səfəri ilə bağlı paylaşımında səsləndirib.

O bildirib ki, ABŞ-nin İrana hücumlarının davam etdiyi və bölgədə müharibə şəraitinin hökm sürdüyü bir vaxtda özü və bir qrup iranlı ekspertin Ermənistanın Qafan şəhərində olması Tehranın Cənubi Qafqaza verdiyi əhəmiyyətin göstəricisidir.

Movahedianın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun siyasəti İranı iflic edə bilməyib və edə də bilməyəcək.

O vurğulayıb ki, İran öz milli maraqlarını qorumaq üçün Ermənistanın Sünik vilayəti üzərində suverenliyini dəstəkləməyə, İran-Ermənistan sərhədini qorumağa, həmçinin "Tramp dəhlizi" və "qondarma Zəngəzur dəhlizi" layihələrindən irəli gələn çağırışlara qarşı çıxmağa tam hazırdır.

"İran heç bir halda Cənubi Qafqazı tərk etməyəcək", – deyə ekspert bildirib.

Movahedian əlavə edib ki, Qafanda keçirilən görüşlərdə İran və Ermənistan ekspertləri iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və fikir ayrılıqlarının minimuma endirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Onun sözlərinə görə, çıxışında son iki müharibədən sonra İranın hərbi və təhlükəsizlik doktrinasında baş verən dəyişikliklərdən, bunun Cənubi Qafqaza mümkün təsirlərindən və regionla bağlı siyasət tövsiyələrindən bəhs edib.

Səfər çərçivəsində yerli jurnalistlər və Qafan sakinləri ilə də görüş keçirildiyini bildirən Movahedian qeyd edib ki, söhbətlər zamanı əsas müzakirə mövzuları "Tramp dəhlizi", Türkiyə və Azərbaycanın planları, İran-Ermənistan münasibətlərində iqtisadi, ticarət və mədəni potensialın yetərincə istifadə olunmaması, eləcə də İranın Ermənistandakı fəaliyyətinə dair məsələlər olub.

Qeyd edək ki, İranın danışan dili olan Movahedian Azərbaycanın düşmənlərindən biri hesab edilir. Bu səfər İranın müharibədən dərhal sonra Cənubi Qafqazda fəallaşacağına işarədir.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июля 2026
Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Объявлены результаты Государственной программы по обучению за рубежом 15:55 Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 15:40 Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO 15:23 Кто такой Рашад Асланов, назначенный президентом послом? — ДОСЬЕ 15:16 CHP утратила статус главной оппозиции — В Турции сменилась оппозиция 15:10 На Иран надвигается ещё более крупный удар, чем прежде — сделано предупреждение 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 Rusiyanı peykdən vurdular - Növbə İrana çatır 14:23 Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi 14:26 Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE 14:23 США нанесли удары по Каспийскому побережью Ирана 14:20 Elxan Səmədov yenidən PFL prezidenti seçildi 14:17 Позвоночник иранской армии перебит, 90 процентов выведено из строя: УТВЕРЖДЕНИЕ 14:13 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox artırıldı 14:15 Рашад Асланов отозван со своей должности в Италии и назначен в Турцию 13:52 Рашад Мамедов назначен послом Азербайджана в Узбекистане 13:49 Kremlin tam çökdürülməsi prosesi başladı - Brüsseldən daha bir zərbə 13:45 Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı 13:45 İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA 13:43 Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO 13:39 Все новости