Gürcüstan Prezidenti: "Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir"

Gürcüstan Prezidenti: "Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir"
15.12.2025 02:00

Sülh siyasəti və Gürcüstanda vahid birgəyaşayış əsas məqsədimizdir. Osetinlər və abxazlarla birlikdə, əsrlər boyu olduğu kimi, yenidən vahid Gürcüstanda birgə yaşamaq istəyirik.

TodayPress TV xəbər verir ki, bunları Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir İrakli Kobaxidzenin Türkmənistana səfəri çərçivəsində keçirilən tədbirlər barədə danışarkən deyib.

Prezident bildirib ki, İ.Kobaxidze Türkmənistanda Gürcüstanı ləyaqətlə təmsil edib və çıxışı zamanı ölkənin milli maraqları, mövcud çətinliklər, qlobal vəziyyət, eləcə də işğal olunmuş ərazilərlə bağlı mühüm mesajlar səsləndirib.

"Hamımız layiqli çıxışın şahidi olduq. Bu çıxışda dövlətimizin maraqları, qarşılaşdığımız çətinliklər və demək olar, hər gün barəsində danışdığımız işğal altındakı ərazilərlə bağlı açıq və səmimi mesajlar yer alırdı", - M.Kavelaşvili vurğulayıb.

Prezidentin sözlərinə görə, Gürcüstan hökumətinin əsas məqsədi ölkənin birliyini və gələcəyini qorumaqdır.

"Müharibələr, hər iki tərəfin buraxdığı səhvlər olub. Lakin bu ağrılı səhifəni tədricən bağlayaraq, gələcəyə baxmalıyıq", - o qeyd edib.

M.Kavelaşvili əlavə edib ki, hazırkı mərhələdə emosional yanaşmalar və əsassız fərziyələr ölkənin maraqlarına xidmət etmir.

"Biz sadə təxribatlara qapılan hökumət deyilik. Kimin harada oturması ilə bağlı fərziyyələr irəli sürmək əvəzinə, reallığı düzgün dərk etməliyik. Mesajımız aydındır - prinsipial olmalı və ölkəmizin birliyini, gələcəyini qorumalıyıq", - Gürcüstan Prezidenti deyib.

TodayPress TV


XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər