İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA

İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA
24.07.2026 13:43

2024-cü ildən bəri İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 13 mindən çox həyat və 37 mindən çox əmlak sığortası müqaviləsi imzalanıb. Bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, son 3 ildə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 11,6 min əmlak qiymətləndirilib.

R.Abdullayev, həmçinin, deyib ki, bu ilin I yarısında ipoteka kreditləşməsi ilə alınan mənzillərin orta dəyəri 160 min manat olub: “Adi ipoteka kreditləri hesabına alınan mənzillərin orta dəyəri 175,5 min manat, güzəştli ipoteka kreditləri üzrə hesabına alınan mənzillərin orta dəyəri isə 133,4 min manat təşkil edib. İpoteka kreditlərinin orta məbləği 101 min manat, orta müddəti 290 ay, orta çəkili faiz dərəcəsi 6,4 %, kredit alanların orta yaşı isə 34 olub. Aylıq ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 702 manata düşüb”.

“Hazırda ipoteka kreditlərinin orta çəkili faiz dərəcəsi 6,5 %-lik uçot dərəcəsinə yaxındır. Bəzi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri daha əlverişli hesab olunur. Çünki iqtisadi reallıqlarla bağlı bir çox ölkələrdə ipoteka faizləri mərhələli şəkildə artırılıb. Dövlət dəstəyi nəticəsində isə fond uzun illərdir ipoteka kreditləri üzrə faiz dərəcələrinin sabit saxlanmasını təmin edib. Hazırda güzəştli ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 4 %, adi ipoteka kreditləri üzrə isə 8 % təşkil edir", - deyə Fond rəsmisi vurğulayıb (Report).


İqtisadçı Eyyub Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, həm kirayə mənzillər üçün nəzərdə tutulan, həm də güzəştli ipoteka kreditləri 4 və 7-8 faiz arası dəyişir. Onun fikrincə, bu, uzunmüddətli ipoteka kreditləri istiqamətində məqbul faiz dərəcələridir:

“Araşdırmalar onu göstərir ki, MDB məkanında da, Avropa və ABŞ-də də uzunmüddətli ipoteka faizləri bu diapazondadır. Hesab edirəm ki, iqtisadi reallığı və ölkədə baş verən mütəmadi inflyasiya göstəricilərini nəzərə alaraq, dövlət tərəfindən ayrılan ipotekaların faizləri məqbuldur. Kommersiya bankları bir qədər yüksək-10-11 faiz civarında uzunmüddətli ipoteka verirlər.

Azərbaycanda illik inflyasiya 5-7 faiz arasında dəyişir. Müddəti nəzərə alaraq, həmçinin, manatın sabitliyi, faizlərin qorunması, artırılmaması baxımından İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan kreditlər iqtisadi cəhətdən həm məqbuldur, həm də əmlakın əlçatanlığını təmin edir. Digər tərəfdən fikrimcə, kreditləşmənin əhatəsi və həcmi həm regionlar, həm də paytaxt üzrə daha da genişlənməli, əlçatanlıq təmin olunmalıdır. Bu, insanların ipoteka ilə əmlak əldə etmə imkanlarını genişləndirər”.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Türkiyə parlamentində qüvvələr nisbəti dəyişir: Özgür Özel və 90 deputat... 14:57 İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 Rusiyanı peykdən vurdular - Növbə İrana çatır 14:23 Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi 14:26 Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE 14:23 ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi 14:20 Elxan Səmədov yenidən PFL prezidenti seçildi 14:17 İran ordusunun bel sütunu qırıldı, 90 faiz sıradan çıxdı: İDDİA - VİDEO 14:13 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin yerlərinin sayı 2 dəfədən çox artırıldı 14:15 Rəşad Aslanov İtaliyadakı vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edildi 13:52 Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfiri təyin edildi 13:49 Kremlin tam çökdürülməsi prosesi başladı - Brüsseldən daha bir zərbə 13:45 Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı 13:45 İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA 13:43 Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO 13:39 "İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişdi 13:32 Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq 13:21 Ukrayna Rusiyanın hərbi zavodunu və neft obyektini vurdu: Zelenski açıqladı - VİDEO 13:10 Bu dövlət qurumu ləğv edilir 13:03 Rusiyanın "bazarları bağlandı" - yalnız bu "bazar"dan başqa... -FOTO 12:54 İsti hava şəraiti davam edəcək? - SABAHIN HAVASI 12:51 Almaniya qayıdır - Dünyanın o biri başında ordularını... 12:37 Bütün Xəbərlər