Aİ İsrailin İordan çayında nəzarəti gücləndirməsini pislədi

Aİ İsrailin İordan çayında nəzarəti gücləndirməsini pislədi
10.02.2026 06:30

“Avropa İttifaqı (Aİ) İsrailin İordan çayının Qərb sahilində nəzarəti gücləndirməklə bağlı son qərarını pisləyir”. 

TodayPress TV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü Anvar əl-Anuni brifinq zamanı bildirib.

Onun sözlərinə görə, İsrailin Qərb sahilində atdığı addımlar Yaxın Şərqin nizamlanması istiqamətində beynəlxalq səyləri təhlükə altına salır: 

“Bu, beynəlxalq ictimaiyyətin Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin həyata keçirilməsi üzərində fəal işlədiyi bir vaxtda atılan növbəti yanlış addımdır. Bu cür addımlar İsrailin imzaladığı Oslo razılaşmalarına tamamilə ziddir və İsraillə Fələstin arasında imzalanmış “Hebron” sazişini poza bilər". 

Anvar əl-Anuni vurğulayıb ki, Aİ-nin bu məsələdə tarixi mövqeyi dəyişməzdir. İttifaq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, İsrailin 1967-ci ilin iyunundan sonra müsadirə etdiyi ərazilər üzərində suverenliyini tanımır. O qeyd edib ki beynəlxalq hüquqa əsasən, ilhaq qanunsuzdur və bu məqsədlə atılan istənilən addım beynəlxalq hüququn pozulması hesab olunur. 

O, həmçinin əlavə edib ki, Avropa İttifaqı uzun müddətdir İordan çayının Qərb sahilindəki vəziyyəti diqqətlə izləyir və İsrailin bu ərazidəki fəaliyyətinin nəticələri iki dövlətli həllin həyata keçirilmə imkanlarını ciddi şəkildə zəiflədir. 

“Bu kontekstdə biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan davamlı sülhə sadiqliyimizi bir daha təsdiqləyirik. İki dövlətli həll əsasdır və həm İsrail, həm də Fələstin dövləti ilə əməkdaşlıq etməliyik ki, hər iki tərəf sülh şəraitində yaşaya bilsin”, - deyə Anvar əl-Anuni qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 Все новости