Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili

Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili
16.06.2026 11:11

Yayın gəlişi ilə minlərlə insan yenidən Xəzər sahillərinə üz tutur. Bakı və Abşeronun bir sıra ictimai çimərliklərində mövsümə hazırlıq işlərinin başa çatdığı, xilasedici məntəqələrinin qurulduğu və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Lakin bu il də əsas müzakirə mövzusu çimərliklərin təmizliyi, suyun keyfiyyəti və boğulma hallarının qarşısının alınmasıdır.

Ekspertlər bildirirlər ki, zaman-zaman guya Xəzərdə insanları dibinə çəkən “gizli əllər” olduğu deyilsə də, əslində, çoxunun boğulma səbəbi təhlükəsizlik qaydalarına riayət etməməkdir.

İnsanlar çimərlik seçərkən hansı risklərə diqqət etməlidirlər?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, çimərliklərdə faciələrin əksəriyyəti insan faktoru səbəbindən baş verir:


“Qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlərlə üzləşirlər. Spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək kimi davranışlar geniş yayılıb. Halbuki insanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Belə çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti fəaliyyət göstərir və hər hansı hadisə zamanı operativ müdaxilə etmək imkanına malik olur. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığı üçün baş verən hadisələr çox vaxt faciə ilə nəticələnir. Bundan başqa, nəzarət olunan çimərliklərdə suyun dərinliyi müəyyən edilir, insanların xəsarət almasına səbəb ola biləcək daşlar, qayalar və digər təhlükəli maneələr təmizlənir”.

O.Musayev bildirib ki, dənizə girməzdən əvvəl hava şəraiti, küləyin sürəti və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır:

“Hətta peşəkar üzgüçülər belə əlverişsiz meteoroloji şəraitdə çətin vəziyyətə düşə bilərlər. Maarifləndirmə və təbliğat işləri daha da genişləndirilməlidir. İnsanlar yalnız “dalğalı havada üzmək olmaz” kimi xəbərdarlıqları deyil, həm də bunun səbəblərini bilməlidirlər. Dalğaların insan orqanizminə təsiri, axına düşdükdə nə baş verdiyi, boğulma zamanı bədəndə hansı proseslərin getdiyi barədə məlumatlı olmaq vacibdir”.

Ekspert deyib ki, çimərliklərdə qaydaların pozulmasına qarşı daha ciddi tədbirlər görülməlidir:

“Qadağan olunmuş ərazilərdə çimən və ya spirtli içki qəbul etdikdən sonra suya girən şəxslərə qarşı həm ictimai qınaq, həm də inzibati məsuliyyət tədbirləri tətbiq edilməlidir. Bu, insanların təhlükəli davranışlardan çəkinməsinə kömək edə bilər. Boğulma hadisələrinin əksəriyyəti saniyələr ərzində, səssiz və xəbərdarlıqsız baş verir. İnsanlar çox vaxt qışqırmağa belə imkan tapmadan suyun altında yox olurlar. Hər il təkrarlanan faciələrin əsas səbəbi ehtiyatsızlıq və “mənə heç nə olmaz” düşüncəsidir. Bu düşüncədən uzaqlaşmaq, təhlükəsizlik qaydalarına əməl etmək və məsuliyyətli davranmaq insan həyatının qorunmasının ən vacib şərtlərindən biridir”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Bütün Xəbərlər