Qələbə yağışı! Uşu millimiz 21 medal qazandı

Qələbə yağışı! Uşu millimiz 21 medal qazandı
18.03.2026 17:54

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının tərkibində fəaliyyət göstərən uşu və vinq çun üzrə milli komanda Yunanıstanın Afina şəhərində keçirilən “Acropolis Uşu Open Tournament” beynəlxalq turnirində uğurla çıxış edib.  

TodayPress TV xəbər verir ki, idmançılarımız uşu-sanda və vinq çun-taolu versiyasında yarışıblar. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaydığı məlumata əsasən yarışda 23 idmançı ilə təmsil olunan milli komandamız ümumilikdə 21 medal (11 qızıl, 4 gümüş, 6 bürünc) qazanıb.

Vinq çun (taolu) üzrə Aydın Sayadlı, Səfa Məmmədov və Süleyman İsmayılov qızıl medal əldə ediblər. Riad Qasımov gümüş, Xədicə Həbib, Elvin Həsənov və Camal Əliyev isə bürünc medala sahib çıxıblar.

Light sanda üzrə Aydın Sayadlı (56 kq), Süleyman Abbasov (52 kq), Samir Eynullayev (70 kq), Elçin Eminov (65 kq), Heydər Həsənzadə (48 kq) və Ruslan Şixiyev (75 kq) qızıl, Yusif İbrahimov (65 kq) isə gümüş medal qazanıb.

Sanda növündə Süleyman İsmayılov (85 kq), Ayman Mahal (60 kq), Camal Əliyev (44 kq), Zaur Quluzadə (70 kq), Xəyal İbrahimov (52 kq), Nadir Mikayilov (65 kq) və Ural Əliyev (56 kq) qızıl medal əldə ediblər. Səfa Məmmədov (75 kq) və Nicat Nəcəfov (65 kq) gümüş, Xədicə Həbib (60 kq), Abdurəhman Məmmədzadə (52 kq), Riad Qasımov (70 kq) və Elvin Həsənov (65 kq) isə bürünc medal qazanıblar.

Namiq HUN

TodayPress TV

ФОТО

Qələbə yağışı! Uşu millimiz 21 medal qazandı — 1
ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadioununu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Новое сотрудничество между Азербайджаном и Ираном 17:27 Европа «плавится» — жизнь парализована 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Обманул пенсионеров и присвоил их деньги 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Можно ли сравнить Нуру-пашу и Оздемироглу Османа-пашу? — ДЕТАЛИ 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Все новости