Kubokda qalmaqal: Simeone gənc ulduzu qıcıqlandırdı

Kubokda qalmaqal: Simeone gənc ulduzu qıcıqlandırdı
13.02.2026 09:51

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində Madrid “Atletiko”su ilə “Barselona” arasında keçirilən ilk oyunda diqqət çəkən məqamlardan biri meydandan kənarda yaşanıb. 

TodayPress TV “Marca” nəşrinə istinadən xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qarşılaşma zamanı “Barselona”nın gənc ulduzu Lamin Yamala yönəlik təxribat xarakterli jest edib.

Mənbənin yazdığına görə, Madrid təmsilçisi hesabda 3:0 öndə olduğu anda Simeone Yamala tərəf üç barmağını qaldıraraq komandasının üstünlüyünü nümayiş etdirib. Bu jestin psixoloji təsir yaratmaq və rəqib oyunçunu təzyiq altına salmaq məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, 18 yaşlı Lamin Yamal cari mövsüm “Barselona”nın ən diqqət çəkən futbolçularından biridir. O, bütün turnirlərdə meydana çıxdığı 31 oyunda 15 qol və 13 məhsuldar ötürmə ilə komandanın hücum xəttində mühüm rol oynayır. Buna baxmayaraq, yarımfinalın ilk matçında Kataloniya klubu ağır məğlubiyyətlə üzləşib.

Madrid “Atletiko”su ilə “Barselona” arasında İspaniya Kral Kubokunun cavab yarımfinal matçı martın 3-də Barselonadakı “Spotify Camp Nou” stadionunda keçiriləcək. Kataloniya təmsilçisi final şansını qorumaq üçün bu görüşdə ciddi geri dönüş etməli olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: " Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Bütün Xəbərlər