Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi

Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi
29.07.2026 13:11

Bundesliqa 1 milyard avroluq kredit üçün ABŞ şirkəti ilə danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri  məlumat yayıb. 

Almaniya Bundesliqasının (DFL) rəhbərliyi maliyyələşdirmə ilə bağlı ABŞ-ın “Apollo Sports Capital” investisiya şirkətinin təklifini nəzərdən keçirir.

Məlumata əsasən, iyun ayında Nyu-Yorkda DFL və “Apollo Sports Capital” nümayəndələri arasında qapalı görüş keçirilib. Tərəflər Bundesliqaya 20 il müddətinə kredit ayrılması məsələsini müzakirə ediblər.

Razılaşma çərçivəsində təminat kimi liqanın daxili televiziya hüquqlarının satışından əldə olunacaq gəlirlərdən istifadə edilməsi planlaşdırılır. Danışıqlar isə rəsmi tender keçirilmədən birbaşa aparılır.

Maliyyənin cəlb edilməsində əsas məqsəd Bundesliqanın beynəlxalq arenadakı mövqeyini gücləndirməkdir. Vəsaitlərin liqanın xaricdə tanıdılması, klubların xarici turnelərinin təşkili və marketinq layihələrinin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.

DFL bununla hazırda maliyyə imkanları və qlobal tanınma baxımından Almaniya çempionatını qabaqlayan İngiltərə Premyer Liqası ilə fərqi azaltmağa çalışır.

Qeyd olunur ki, sövdələşmə hələ ilkin mərhələdədir və bunun reallaşması üçün Almaniya klublarının nümayəndələrinin razılığı tələb olunur. Daha əvvəl DFL-in özəl investorları cəlb etmək cəhdləri azarkeşlərin ciddi narazılığı ilə qarşılanmışdı.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
29 июля 2026
“Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi 14:52 Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi? 14:45 “DH Volley” braziliyalı baş məşqçiyə etibar etdi 14:25 Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 14:20 “Çelsi”dən sürpriz transfer: 35 yaşlı Uelbek geri döndü 14:09 Дело России дошло до Бога — помощь ждут свыше 14:08 Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO 13:57 «Дым» от ракеты, выпущенной по Саудовской Аравии, пошел из Ирака: погибли 20 солдат 13:47 “Qarabağ”ın rəqibi açıq mesaj verdi: Hücum edəcəyik! 13:42 Израиль уничтожил подземный объект «Хезболлы» 13:39 Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama 13:25 Эпоха подошла к концу: Неймар ушел из сборной Бразилии 13:20 В ближайшие два дня будет дуть сильный ветер — ПРЕДУПРЕЖДЕНИЕ 13:15 Premyer Liqaya çatmaq üçün Bundesliqadan nəhəng maliyyə gedişi 13:11 Kataloniya cazibəsi: Romero “Barselona” üçün qərarını dəyişdi 13:01 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:59 Все новости