Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi
29.07.2026 14:52

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi 16:17 DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım 16:14 Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur 16:11 Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək 16:08 “Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik” 16:07 İngilis gəncləri son 50 ilin ən kasıb dövrünü yaşayır – Əksəriyyəti valideynindən ayrılmır 16:00 Şahzadəni öldürüb dünya müharibəsi çıxartdılar - 20 milyon insan öldü 15:48 “Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm verildi 14:52 Rusiya sığışmır - Kreml niyə eyni vaxtda Bakı və İrəvanla təmasa keçdi? 14:45 “DH Volley” braziliyalı baş məşqçiyə etibar etdi 14:25 Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 14:20 “Çelsi”dən sürpriz transfer: 35 yaşlı Uelbek geri döndü 14:09 Rusiyanın işi Tanrıya qaldı - Köməyi yuxarıdan gözləyirlər - VİDEO 14:08 Boyu ilə rekord qıran 18 yaşlı basketbolçu hamını təəccübləndirdi - FOTO 13:57 Səudiyyəyə atılan raketin "tüstüsü" İraqdan çıxdı: 20 əsgər öldü - VİDEO 13:47 Bütün Xəbərlər