Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?”

Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?”
24.07.2026 09:37

“Santos” klubunun hücumçusu Neymar poker oynamasının futbol karyerasına mane olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, braziliyalı ulduz sosial şəbəkə hesabında yayımladığı paylaşımda poker turnirində iştirakına görə ünvanına səslənən tənqidlərə cavab verib.

“İnsanlar daim poker oynadığımı deyirlər. Amma səhər məşq etdim. Son futbol oyununu buraxdım, çünki məşqlərə yenicə qayıtmışdım. Poker turnirinə isə istirahət günündə getmişdim. Hazırda növbəti məşqə hazırlaşıram. Sizə bir sualım var: məşq etməyimə icazə var, yoxsa buna da nəsə deyəcəksiniz?” – deyə Neymar yazıb.

34 yaşlı futbolçu son günlər San-Pauluda keçirilən poker turnirində görüntüləndiyi üçün sosial şəbəkələrdə tənqid olunurdu. O, bu müddətdə “Santos”un Braziliya çempionatı və Cənubi Amerika Kubokundakı son matçlarını buraxıb.

“Santos” Neymarın iyulun 26-na keçən gecə Braziliya çempionatında “Şapekoense” ilə keçiriləcək oyunda meydana çıxacağına ümid edir.

Qeyd edək ki, Neymar 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində iki oyunda iştirak edib və bir qol vurub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июля 2026
Almaniya qayıdır - Dünyanın o biri başında ordularını... 12:37 Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ 12:34 Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 СРОЧНО: Польша и Германия начали совместную операцию на границе с Россией 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Цена азербайджанской нефти превысила 109 долларов 11:38 План на миллионы для Родри: сильный ход от «Реала» 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 СРОЧНО: В Баку столкнулись два пассажирских автобуса, есть пострадавшие 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 МЧС обратилось к населению в связи с жарой 10:48 Ахад Абыев открыл багажник, а он был полон «пачками» долларов: “Я пойду, Рамиз-муаллим ждёт”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 Иран нанёс удар по военным базам США в Иордании и Бахрейне 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 Иран обратился к 7 странам — Багаи поговорил,так поговорил... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Все новости