Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ

Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ
24.07.2026 12:34

Son vaxtlar Azərbaycan dövlətinin xaricdə yaşayan və əsas mübarizəsini təhqir üzərində quran bəzi blogerlərlə dialoqa başlaması, onların bağışlanaraq ölkəyə qayıtmasına şərait yaradılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Bu istiqamətdə xüsusilə Tural Sadıqlının adı çəkilsə də, sözügedən yanaşma birmənalı qarşılanmır.

Təklifə qarşı çıxanlar hesab edirlər ki, bəzi hallarda qanunla müəyyən edilmiş sərhədlər aşılıb və ciddi hüquq pozuntuları baş verib. Belə olan halda, bu cür təşəbbüsün hüquqi və praktiki baxımdan nə dərəcədə mümkün olduğu müzakirə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, xaricdə yaşayan bəzi sapı özümüzdən olan baltalar vətənə xəyanət yolunu seçiblər:

“Onlar öz şəxsiyyət vəsiqələrində “azərbaycanlı” adını daşısalar da, soysuz, köksüz insanlardır, bir məxluqatdırlar. Vətənə xəyanət etmiş insanları bu yola sürükləyənlər özləri belə onları sevmirlər. Onlardan bir əlcək kimi istifadə edir, sonra isə tullayırlar. Bu gün bəzi xarici ölkələrdə məskunlaşan belə antimilli ünsürlər gecə-gündüz Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərir, öz xəyanətkar niyyətlərini həyata keçirməyə çalışırlar. Onların bir qismi Almaniyada yaşayır və indi canlarına vəlvələ düşüb ki, Azərbaycan–Almaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bir reallıqda onların aqibəti necə olacaq. Prezidentimizin köməkçisi Hikmət Hacıyevin təbirincə desək, bu insanlara adamın lap yazığı gəlir. Onlar siyasi yalquzaq həyatı yaşayırlar. Siyasi yalquzaq həyatı yaşayanların taleyinin necə olduğunu tarix dəfələrlə sübut edib. İctimai qınaq obyektinə çevrilmiş insanlar fiziki olaraq yaşasalar da, mənəvi baxımdan çoxdan ölüdürlər”.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və belə insanları hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edəcək:

“Bu da praktik baxımdan öz nəticəsini göstərəcək. Bu, sadəcə zaman məsələsidir. Bu reallıqlar fonunda bəzən belə təkliflər də səslənir ki, guya belə insanlar bağışlansın, onların Vətənə qayıtmasına şərait yaradılsın, məhkəmə hökmləri ləğv edilsin və s. Ancaq bilirsiniz, dünyada ən böyük günah vətənə, dövlətə və xalqa xəyanətdir, satqınlıqdır”.


Elman Nəsirov deyib ki, dünyanın heç bir yerində xəyanətkar bağışlanmır:

“İstənilən başqa cinayəti törətmiş şəxsin cəzası yüngülləşdirilə, müəyyən müddətdən sonra ona amnistiya verilə bilər. Ancaq vətənə, dövlətə və xalqa xəyanət yolunu seçmiş insanlar bağışlanmaz insanlardır. Bir dəfə vətəninə xəyanət etmiş insanın ikinci, üçüncü dəfə də bunu etməsi artıq adi hala çevrilir. Tarix bunun çoxsaylı nümunələrini göstərir. Ona görə də xarici ölkələrdə siyasi bloger adı altında məskunlaşaraq gecə-gündüz öz vətəninə qarşı fəaliyyət göstərən insanlara münasibətdə heç bir bağışlanmadan söhbət gedə bilməz! Onlar öz layiq olduqları cəzanı almalıdırlar və alacaqlar da. Buna heç kimin şübhəsi olmasın”.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Rəşad Aslanov İtaliyadakı vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edildi 13:52 Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda səfiri təyin edildi 13:49 Kremlin tam çökdürülməsi prosesi başladı - Brüsseldən daha bir zərbə 13:45 Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı 13:45 İpoteka üçün FAİZ dərəcələri dəyişəcək? – AÇIQLAMA 13:43 Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO 13:39 "İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişdi 13:32 Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq 13:21 Ukrayna Rusiyanın hərbi zavodunu və neft obyektini vurdu: Zelenski açıqladı - VİDEO 13:10 Bu dövlət qurumu ləğv edilir 13:03 Rusiyanın "bazarları bağlandı" - yalnız bu "bazar"dan başqa... -FOTO 12:54 İsti hava şəraiti davam edəcək? - SABAHIN HAVASI 12:51 Almaniya qayıdır - Dünyanın o biri başında ordularını... 12:37 Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ 12:34 Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Bütün Xəbərlər