"İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR

"İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR
24.07.2026 12:00

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Şəhla Kamilovanın nümayəndəsi də eyni vəsatətlə çıxış edib.

Nümayəndə bildirib ki, jurnalistlər tərəfindən zərərçəkmiş şəxsin fotosu məhkəmənin önündə çəkilib və məhkəmə prosesindən hazırlanan metallarda yayılıb.

Nümayəndə deyib ki, bugünki iclasda həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxs ifadə verəcəklər, burada faktlar açıqlanacaq. O, bu halların yayılmaması üçün proses qapalı keçirilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə prosesin qapalı keçirilməsi barədə vəsatət elan edib. Deyib ki, yetkinlik yaşına çatmayan şəxslərin manafeyi qorunmalıdır, həmçinin iş üzrə 12 şahiddən 8-i azyaşlıdır.

Vəkil deyib ki, sosial şəbəkələrdə təqsirləndirilən şəxsin ailə üzvlərini xoşagəlməz şərhlər yazırlar.

Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, anası da vəsatəti dəstəkləyib və prosesi qapalı keçirilməsini istəyib.

Dövlət ittihamçısı isə vəsatəti məhkəmənin mülahizəsinə verdiyini bildirib. Sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan ediblər.

Qərara görə, vəsatətlər təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qəbul edilib.

Qərarda göstərilib ki, ədalət mühakiməsinin aparıla biləməsi və şəxslərin sərbəst ifadə verməsi üçün proses qismən qapalı keçiriləcək.

Media nümayəndələri və kənar şəxslər prosesdən kənarlaşdırılıb.

Hazırda qapalı iclasda tərəflərin dindirilməsi davam edir.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Şagird iradı özünə hörmətsizlik kimi qəbul edib.

Daha sonra yeniyetmə Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib.

O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Ərbil hava limanı yaxınlığında partlayış baş verdi - VİDEO 13:39 "İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişdi 13:32 Başına bombalar yağmasına baxmayaraq, İran Ermənistana göz dikdi: Burdan çıxamayacağıq 13:21 Ukrayna Rusiyanın hərbi zavodunu və neft obyektini vurdu: Zelenski açıqladı - VİDEO 13:10 Bu dövlət qurumu ləğv edilir 13:03 Rusiyanın "bazarları bağlandı" - yalnız bu "bazar"dan başqa... -FOTO 12:54 İsti hava şəraiti davam edəcək? - SABAHIN HAVASI 12:51 Almaniya qayıdır - Dünyanın o biri başında ordularını... 12:37 Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ 12:34 Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 Bütün Xəbərlər