İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı!

İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı!
06.08.2026 09:32

FIFA 2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi üzv futbol assosiasiyalarına Canni İnfantinonun yenidən seçilməsini dəstəkləmək məqsədilə əvvəlcədən hazırlanmış məktublar göndərib.

TodayPress TV “Sky News”a istinadən xəbər verir ki, İnfantinonun dünya futbolunun rəhbəri kimi on ildən artıq fəaliyyəti təriflənən məktub mətnləri dünya çempionatından əvvəl – may və iyun aylarında FIFA əməkdaşları tərəfindən assosiasiyalara çatdırılıb.

İddiada bildirilir ki, məktubların hər birində müvafiq futbol assosiasiyası prezidentinin adı və imzası əvvəlcədən yerləşdirilib. Sənədlərin daha sonra FIFA-ya 2027-ci il prezident seçkiləri öncəsi rəsmi dəstək məktubu kimi geri göndərilməsi nəzərdə tutulub.

Məlumata əsasən, belə məktublar bütün futbol assosiasiyalarına göndərilməyib. Mətnlərdə İnfantinonun rəhbərliyi dövründə futbol infrastrukturunun inkişafı və qadın futbolunun irəliləyişi xüsusi vurğulanıb.

Qeyd olunur ki, FIFA-nın mövcud nizamnaməsində təşkilatın daxili resurslarından fəaliyyətdə olan prezidentin seçki kampaniyası üçün istifadəsini qadağan edən konkret müddəa yoxdur.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 августа 2026
Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Хуситы нанесли удар, корабли «застряли в горле» залива 10:37 В этих центральных улицах Баку ограничивается движение транспорта 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Поступок Джексона завоевал симпатии футбольных болельщиков! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Украинский коллега встретил Джейхуна Байрамова в Киеве 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 ПОСЛЕДНИЕ СУТКИ: В воздух поднялось более 6 тысяч дронов, количество боев превысило 200 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 В некоторых районах прошли дожди — ФАКТИЧЕСКАЯ ПОГОДА 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 На этих территориях не будет света 09:07 В Филиппинах произошло сильное землетрясение 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Украинские беспилотники атаковали крупный российский нефтезавод 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Все новости