İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim!

İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim!
28.07.2026 09:47

“Qalatasaray”, PSJ və “İnter”in sabiq hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Naranın maliyyə tələblərinin məhkəmə tərəfindən növbəti dəfə rədd edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Daha əvvəl Vanda Nara məhkəməyə müraciət edərək İkardinin ona müvəqqəti təminat kimi hər ay 250 min avro ödəməsini tələb etmişdi. İyunun əvvəlində məhkəmə bu tələbi rədd etsə də, Nara qərardan apellyasiya şikayəti vermişdi. Lakin məhkəmə şikayəti də qəbul etməyib.

“Sabahınız xeyir, Milan. Mənim üçün yalnız yaxşı xəbərlər var. Boşanma prosesi çərçivəsində keçmiş həyat yoldaşıma hər ay 250 min avro, iki qızımdan hər biri üçün 65 min avro və əlavə olaraq hər ay 100 min avro kompensasiya ödəməyim tələb olunurdu. İyunun 1-də hakim bu absurd tələbləri rədd etdi. Daha sonra həmin qərardan şikayət verildi, amma bu gün İtaliya məhkəməsi həmin şikayəti də qəbuledilməz hesab etdi”, – deyə İkardi bildirib.

Futbolçu qeyd edib ki, boşanma prosesi üzrə yalnız yekun qərarın verilməsi qalıb və İtaliya ədliyyəsinin işinə güvəndiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Qalatasaray” Mauro İkardinin klubdan ayrıldığını rəsmən açıqlayıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
İlham Əliyevlə Putin arasında telefon danışığı – TƏCİLİ 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 В Иране выражение «Южный Азербайджан» вызвало землетрясение: шифры атаки на AzTV 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 В Иране живет больше евреев, чем в Азербайджане — откуда такая ненависть, Тегеран?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 КСИР перешел все границы: чтобы втянуть Азербайджан в иранский ад, использовали разбомбленные суда 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 Обладатель «Золотого мяча» выбрал ПСЖ 10:23 Ветреная погода продолжается — ФАКТИЧЕСКАЯ ПОГОДА 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 Удар Ирана по Украине: закроет ли Азербайджан на это глаза? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 Все новости