Əfsanəvi Mourinyonun sirrləri ilk dəfə üzə çıxacaq
Netflix platforması portuqaliyalı mütəxəssis Joze Mourinyoya həsr olunan “Joze Mourinyo. Xüsusi” adlı sənədli filmin avqustun 11-də təqdim olunacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, film müasir futbol tarixinin ən məşhur məşqçilərindən biri hesab olunan Mourinyonun həyatı və karyerasından bəhs edəcək.
Layihə müəllifləri məşqçinin karyerasına dair indiyədək məlum olmayan məqamları təqdim edəcəklər. Filmdə, həmçinin, futbol dünyasının tanınmış simaları ilə eksklüziv müsahibələr yer alacaq. Onların sırasında ser Aleks Ferqyuson, Con Terri, İker Kasilyas, Zlatan İbrahimoviç, Didye Droqba, Marselo, Samuel Eto'O, Xavyer Zanetti, Frenk Lempard və Petr Çex də var.
Sənədli filmdə Mourinyonun ən böyük uğurları, karyerasındakı qalmaqallar, əfsanəvi futbolçularla münasibətləri və “Xüsusi” (“The Special One”) ləqəbini necə qazanması barədə də ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Joze Mourinyo 11 iyun 2026-cı ildə “Real Madrid”in baş məşqçisi təyin olunub. Onun İspaniya nəhəngi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Namiq HUN