Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu
Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov Çinin Sincan bölgəsinin Kuça şəhərində keçirilən “The Belt and Road China International Chess Open” beynəlxalq şahmat turnirinin A qrupunda qalib gəlib.
TodayPress TV xəbər verir ki, Rəsulov Çin, Fransa, Almaniya, Hindistan və Rusiya təmsilçilərinin də iştirak etdiyi güclü heyət arasında mümkün 9 xaldan 7-ni toplayaraq birinci yeri tutub.
İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirdə qrossmeysterimiz 5 qələbə qazanıb və 4 heç-heçə edib.
Rəsulov sonuncu, doqquzuncu turda ABŞ təmsilçisi, qrossmeyster Qata Kamski ilə heç-heçə edərək vahid lider kimi turnirin qalibi olub.
Kamski isə 6 xalla üçüncü yeri tutub. Amerikalı şahmatçı ikinci pillədə qərarlaşan çinli Van Şisüdən yarım xal geri qalıb.
Namiq HUN