Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır

Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır
30.06.2026 13:08

Azərbaycan itkin şəxslərin axtarışı üçün xüsusi yeraltı radarlar alacaq. Belə ki, 2027-ci ildə xüsusi yeraltı radarla müşahidə sistemlərinin alınması planlaşdırılır.

Bəs nədir bu radar sistemi və axtarış prosesi necə olur?

Bu tip sistemlər artıq bir neçə Skandinaviya ölkəsində uğurla sınaqdan keçirilib. Onlar insan qalıqları da daxil olmaqla böyük yeraltı obyektləri aşkar etməyə imkan verir.

Yeraltı radarlar, yəni GPR torpağın altını qazmadan, daxilini araşdırmağa, vizuallaşdırmağa kömək edir. Məlumatlara görə, bu sistemin işləmə prinsipi əslində radiolokasiyaya əsaslanır. Yəni cihaz torpağın altına elektromaqnit dalğalar göndərir, yerin müxtəlif qatlarında hərəkət edərkən daş, metal, boşluq və ya bioloji qalıqlara rast gəldikdə əks olunaraq geri qayıdır. Radarın qəbuledicisi qayıdan siqnalları qeydə alır və xüsusi proqram təminatı vasitəsilə ekranda 3D vizuallar və ya qrafiklər formalaşdırır.

Burada əsas məqam odur ki, radar birbaşa həmin obyektin nə olduğunu göstərmir. Dünya təcrübəsinə nəzər salsaq, bu texnologiyanın münaqişə görmüş və ya tarixi araşdırmalar aparan bir çox ölkədə uğurla tətbiq edildiyini görərik.

Məsələn Skandinaviya ölkələri bu texnologiyanın istehsalçılarıdır və ondan çətin relyeflərdə, donmuş torpaqlarda və bataqlıqlarda gizli qalıqların tapılması üçün istifadə edirlər. Bundan başqa, 1990-cı illərdəki müharibədən sonra Bosniya və Herseqovonada minlərlə itkin şəxsin kütləvi məzarlıqlarının aşkarlanmasında məhz bu radarlar həlledici rol oynayıb. Kolumbiyada daxili münaqişə qurbanlarının, Kanadada isə köhnə internat məktəblərinin ərazisində gizli şəkildə basdırılmış yerli xalqların uşaqlarına aid qalıqların tapılması prosesində bu sistemlərdən geniş istifadə olunub.

Azərbaycan üçün bu texnologiyanın alınması olduqca strateji bir addımdır. İşğaldan azad edilən ərazilərdə birinci Qarabağ müharibəsindən qalan 4000-ə yaxın itkin şəxsin olduğu məlumdur. Qarşı tərəf kütləvi məzarlıqların dəqiq koordinatlarını vermədiyi və ərazilər minalarla çirkləndiyi üçün geniş sahələri qarış-qarış qazmaq həm təhlükəli, həm də uzun zaman alan bir prosesdir. 

Gələn il alınması planlaşdırılan bu yeraltı radarlar axtarış prosesini hədəfəyönümlü edərək həm vaxta qənaət yaradacaq, həm də illərdir yaxınlarından xəbər gözləyən yüzlərlə ailənin taleyinə daha tez aydınlıq gətirəcək.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 Все новости