Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi
17.08.2026 22:35

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Parlamentində görüşlər keçirib.

Bu barədə TodayPress TV-yə Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 17 avqust tarixində Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Parlamentində görüşlər keçirib.

Parlamentin yuxarı palatası olan Senatda hakim Milli Liberal Partiyasının sədr müavini, senator Glad-Aurel Varqa ilə görüş baş tutub.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regionlarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.

Senator Glad-Aurel Varqa Rumıniya ilə Azərbaycan arasında tarixi dostluq və sıx tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, regionlararası iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində parlament müstəvisində müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, iki ölkənin parlamentləri arasında münasibətlərin müsbət dinamikada inkişaf etdiyini vurğulayıb. Glad-Aurel Varqa Azərbaycan tərəfini təmsil etdiyi Arad regionu ilə əməkdaşlığa dəvət edib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov senator Glad-Aurel Varqaya Rumıniyanın Maramureş regionuna səfəri çərçivəsində əldə edilən razılıqlar barədə məlumat verib,

Qarabağ regionunda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın maliyyə imkanları hesabına keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən infrastruktur layihələri və xarici investorlar üçün yaradılan imkanlar barədə danışıb.

Elçin Yusubov qarşı tərəfə Rumıniyada göstərilən diqqətə görə minnətdarlığını bildirərək, senator Glad-Aurel Varqanı Xankəndiyə dəvət edib.

Bundan əlavə, Parlamentin Deputatlar Palatasında nümayəndə heyətinin hakim Sosial-Demokrat partiyasının sədr müavini, deputat, Azərbaycan ilə Rumıniya parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsədri Marian Neakşu və deputat Radu Oprea ilə görüşü baş tutub. Görüşdə parlamentlərarası münasibətlər və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Marian Neakşu Azərbaycanı Rumıniyanın etibarlı tərəfdaşı adlandıraraq, üç il öncə Rumıniya nümayəndə heyəti tərkibində Azərbaycana səfərini və dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən qəbul edildiklərini xatırlayıb. O, iqtisadi əməkdaşlığın səmərəli şəkildə inkişafı üçün fəaliyyət planının tərtib edilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Elçin Yusubov Marian Nekşunu Qarabağa səfərə dəvət edib. M.Neakşu dəvətə görə təşəkkürünü ifadə edərək, yaxın zamanda Azərbaycana, xüsusən Qarabağa səfər edəcəyinə söz verib.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Bütün Xəbərlər