Rusiyada Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarıldı

Rusiyada Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarıldı
15.10.2025 23:25

Rusiyanın Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarılıb.

TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinin sədri, 56 yaşlı İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.

Onun ölkədən deportasiya ediləcəyi bildirilir.

Məlumata görə bu, regional Daxili İşlər Departamenti və FSB-nin Ulyanovsk vilayəti üzrə idarəsinin birgə qərarı olub. Qərarın səbəbi ilə bağlı məlumat verilməyib.

İslam Hüseynovun özü də mətbuata açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, İslam Hüseynovun Rusiya vətəndaşlığını hələ 1990-cı illərdə aldığı bildirilir. O 2005-ci ildən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai birliyinə rəhbərlik edir. O, son vaxtlara qədər qubernatorun milliyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər